CƏMİYYƏT


“Təhsil xərci müsabiqəsi” ilə bağlı suallar cavablandırılacaq

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) sayca üçüncü dəfə həyata keçirdiyi sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edilib.

AZGF-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqə şərtlərinə əsasən, dövlət ali və orta ixtisas təhsili müəssisələrində qiyabi və əyani təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərə, o cümlədən ictimai fəallıq əsas götürülərək, Milli qəhrəmanların övladları, əlil, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclərə, valideynlərindən biri əlil olan (I, II qrup) və aztəminatlı ailədən olan gənclərə üstünlük veriləcək.

Müsabiqəyə müraciətlər noyabrın 30-u saat 18:00-dək qəbul ediləcək.

Gənclərdə müsabiqə ilə bağlı yaranan bütün suallara cavab vermək və tələbələrə daha çox məlumat çatdırmaq üçün Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və müvafiq əməkdaşların iştirakı ilə Fondun rəsmi facebook hesabında noyabrın 20-də saat 16:00-da canlı yayım baş tutacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.