ELM VƏ TƏHSİL
Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqəyə layihə qəbul olunur
Bakı, 22 iyul, AZƏRTAC
Təhsil Nazirliyi 2021-ci il üçün “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsi elan edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün müraciət sənədləri elektron formada [email protected] ünvanına göndərilməlidir. Layihələr iyulun 27-si saat 21:00-dək qəbul olunur.
Müsabiqənin təşkilində məqsəd tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünüinkişaf tədbirlərinin genişləndirilməsindən ibarətdir. Müsabiqə barədə ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.