ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi 4 peşə ixtisası üzrə qiymətləndirmə aparacaq

Bakı, 4 may, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) mobil telefonların təmiri ustası, qənnadıçı-şirniyyatçı, bərbər və plastik boru qaynaqçısı ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı təqdim edir.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, qeyd olunan ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə biliklərə yiyələnənlər səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumatla agentliyin saytında tanış ola və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Qiymətləndirmə nəticəsi müsbət yekunlaşan şəxsə müvafiq modul üzrə sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə etmiş ərizəçiyə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - diplom təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.