ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi: Cari ilin birinci rübündə 493 nəfərə şəhadətnamə təqdim edilib

Bakı, 13 aprel, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 2021-ci ilin I rübü ərzində tanınma üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən dövr ərzində 678 nəfər müraciət edənin 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tanınma üzrə müraciətlərin icrası yanvar ayı üzrə 21, fevral ayı üzrə 14, mart ayı üzrə isə 20 gün ərzində tamamlanıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 103, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 72 və digər səbəblərə görə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 112, hüquqşünaslıq üzrə 91, maliyyə üzrə 82, tibb üzrə 75, biznesin idarə edilməsi üzrə 49, mühəndislik üzrə 48, menecment üzrə 41, beynəlxalq münasibətlər üzrə 32, turizm üzrə 14, kompüter elmləri üzrə 13 və digər ixtisaslar üzrə 121 müraciət qeydə alınıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 197, Türkiyədən 170, Rusiyadan 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 83 müraciətin olduğu müşahidə olunur.

Ümumilikdə rüb ərzində verilən mənfi qərarların 29 faizi müvafiq cədvəldə qeyd edilən 10 ali təhsil müəssisəsini əhatə edir.

Vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.