ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi: Elektrik qaz qaynaqçısı ixtisası üzrə nəzəri biliklər qiymətləndirilib

Bakı, 27 may, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən elektrik qaz qaynaqçısı peşə ixtisası üzrə fəaliyyət göstərən, lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.

Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Bildirilib ki, Qiymətləndirmə Komissiyasına işəgötürənin nümayəndəsi olaraq “SAİPEM” şirkətindən Azad Poladov, ekspert qismində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Ramil Abdullayev və Tural Əkbərov cəlb edilib.

İlkin mərhələdə yüksək nəticə göstərən ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə elektrik qaz qaynaqçısı peşə ixtisası üzrə sertifikat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.