ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi: İyunda müraciət edənlərin 208-i barədə müsbət qərar verilib

Bakı, 1 iyul, AZƏRTAC

İyun ayı üzrə müraciət edən 287 nəfərin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 79 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə AZƏRTAC-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib. Bildirilib ki, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı üçün 35, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 88, Türkiyədən 71, Ukraynadan 66, Gürcüstandan 15, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 42, iqtisadiyyat üzrə 23, tibb üzrə 22, biznesin idarə edilməsi 18, menecment üzrə 14 nəfər müraciət edib.

Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 19 gün olub. Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün TKTA-nın saytındakı keçidinə daxil ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.