Təhsildə Keyfiyyət Təminatı Agentliyi Mingəçevir Dövlət Universitetində təlimlərə başlayıb
AzerTAg.az
Bakı, 6 iyul, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Mingəçevir Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən Universitetdə təlimlərə start verilib.
Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, təlimlərin əsas məqsədi Mingəçevir Dövlət Universitetinin akademik heyətinə sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsinə dair məlumat verməkdir.
İyulun 8-dək davam edəcək təlimlərdə Mingəçevir Dövlət Universitetinin bir sıra inzibati və akademik heyəti iştirak edir.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.

Xəbərin mətnində orfoqrafik səhv var