ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi: Ötən ay 281 müraciətdən 208-i barədə müsbət qərar verilib

Bakı, 8 sentyabr, AZƏRTAC

Avqust ayı üzrə 281 müraciətdən 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, bu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin avqust ayı üçün tanınma üzrə müraciətlərin statistikasında əks olunub.

Statistikaya görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbindən 15, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbindən 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbindən 19, digər səbəblər üzrə 12 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 94, Ukraynadan 72, Türkiyə Respublikasından 62, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 27 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 36, hüquqşünaslıq üzrə 30, iqtisadiyyat üzrə 25, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 13 nəfərin müraciəti qeydə alınıb.

Sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet səhifəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.