ELM VƏ TƏHSİL


“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsi əmtəə nişanı təsdiqlənib

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının müvafiq protokoluna əsasən “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsi əmtəə nişanı təsdiqlənib.

Bu barədə AZƏRTAC-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, əmtəə nişanının təsdiqlədilməsində məqsəd emblemdən qeyri-qanuni istifadə edilməsi hallarının qarşısının alınması, “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsinin müəllif hüquqlarının qorunmasıdır. “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsi əmtəə nişanının sahibi olaraq eyni məhsul və xidmətlər üçün əmtəə nişanından və onun variantlarından istifadə edilməsi üçün müstəsna hüquqa malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.