ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi “TexnoLab” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı, 7 may, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək, onların məşğulluq səviyyəsinə və nəticədə sosial rifahına dəstək vermək məqsədilə peşə təhsili üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların, qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsini həyata keçirir. Bu missiyanın həyata keçirilməsi üçün agentlik iqtisadiyyatın müxtəlif sektorlarından olan əsas işəgötürənlərlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə mobil telefonların təmiri ustası peşə ixtisası üzrə qeyri-formal və informal təhsilin tanınması məqsədilə “TexnoLab” MMC ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığın əsas məqsədi müvafiq ixtisasın tanınması üzrə keçiriləcək praktiki imtahanlar üçün istehsalat sahəsinin ayrılması, eyni zamanda zəruri alət, material və avadanlıqların təmin edilməsidir.

Praktiki bacarıqların nümayiş olunacağı laboratoriya və istehsalat sahələrinə qoyulan tələb və standartlara uyğun gələn “TexnoLab” MMC-nin texniki dəstəyi ilə agentlik formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşların təhsil haqda müvafiq sənəd əldə etmələrinə və cəmiyyətin bu prosesdən daha səmərəli şəkildə faydalanmasına dəstək göstərəcək.

Qeyd edək ki, növbəti mərhələlərdə elektronika və elektrik mühəndisliyi sahələri üzrə praktiki bacarıqlarının qiymətləndirməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.