ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi arayışları elektron qaydada əldə etmək imkanı yaradıb

Bakı, 16 noyabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı yaradıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, aparılan təkmilləşdirmə işləri nəticəsində artıq vətəndaşların arayışları elektron sistem vasitəsi ilə əldə etmələri mümkündür. Vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq E-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər:

- Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü

yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək.

- Müsahibəyə dəvət olunmaya dair e-arayış – vətəndaşlar bu arayış növünü

yalnız müsahibəyə dəvət olunduqları halda sistem vasitəsilə əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək.

Qeyd edək ki, bundan öncə vətəndaşlar qeyd olunan hər iki arayış növünü imzalı və möhürlü kağız daşıyıcıda əldə etmək üçün rəsmi şəkildə Agentliyə müraciət etməli olurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.