ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı, 12 oktyabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən agentliyin peşəkar ekspertləri tərəfindən ADNSU-nun əməkdaşlarına xarici keyfiyyət təminatına dair təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.

Təlimlərin əsas məqsədi universitetin akademik və inzibati heyətinə təhsil müəssisələrinin akkreditasiyası qaydaları, ali təhsil pilləsində institusional və proqram akkreditasiya meyarları və özünütəhlil hesabatlarının yazılması mövzularına dair geniş məlumat verməkdir.

Qeyd edək ki, TKTA-nın Nizamnaməsinə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodik dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək agentliyin fəaliyyət istiqamətlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.