ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 10 fevral, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında təlim xidmətinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib. Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşlarına daxili keyfiyyət təminatına dair təlimlər keçirilməsi nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi Azərbaycan Turizm və Menecment Universitetinin akademik heyətinə sillabusların hazırlanması və təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılmasına dair geniş məlumat verməkdir.
Qeyd edək ki, təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.