ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı, 18 may, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib.

Görüşdə “Elsevier”in Türkiyə, İran, Orta Şərq və Mərkəzi Asiya üzrə regional direktoru Tayfun Basal, TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova və Analitik təhlil şöbəsinin müdiri Nəriman Qəhrəmanlı iştirak edib. Görüş zamanı ölkəmizin beynəlxalq və regional arenada elmi-tədqiqat fəaliyyəti üzrə əsas göstəriciləri, o cümlədən aidiyyəti sahədə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Qeyd edək ki, “Elsevier” ilə TKTA arasında əməkdaşlığın əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elmi məlumat bazalarına çıxışının genişləndirilməsi, beynəlxalq elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.