ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı, 27 sentyabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədrinin Türkiyəyə işgüzar səfəri çərçivəsində TKTA ilə Türkiyənin Pedaqoji İxtisasların Qiymətləndirilməsi və Akkreditasiya Dərnəyi (EPDAD) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, TKTA və EPDAD-ın İdarə heyətlərinin sədrləri tərəfindən imzalanan memorandumun əsas məqsədi ali təhsil müəssisələrinin proqram akkreditasiyası sahəsində təcrübə mübadiləsi, eləcə də keyfiyyət təminatı mövzusunda müştərək tədqiqat, seminar və konfransların həyata keçirilməsidir.

Mərasimdə çıxış edən sədr Ülkər Səttarova təməli qoyulan əməkdaşlığın hər iki quruma böyük töhfələr verəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.