ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi plastik boru qaynaqçısı ixtisası üzrə imtahan təşkil edəcək

Bakı, 22 fevral, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycan Respublikasının vətəndaşları üçün qeyri-formal (fərdi məşğələlərdə təlim keçmək) və informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmək) üsullarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi, tanınması və peşə ixtisasını təsdiq edən sənədin verilməsi məqsədilə imtahanlar təşkil edir.

Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, növbəti imtahan plastik boru qaynaqçısı ixtisası üzrə keçiriləcək. Bu istiqamətdə özünütəhsil yolu ilə biliklərə yiyələnmiş və müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş vətəndaşlar TKTA-ya müraciət edərək imtahanlarda iştirak edə bilərlər.

İmtahan haqqında ətraflı məlumatla Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytında tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.