ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi tanınma üzrə ekspertlərə sertifikat verib

Bakı, 29 iyul, AZƏRTAC

Vətəndaşların qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübəsinin qiymətləndirmə və tanınması üzrə ekspertlər sertifikatla təltif olunublar.

Bu barədə AZƏRTAC-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd edək ki, 65 namizəd avtomobil təmiri çilingəri, dərzi, tikiş avadanlıqlarının operatoru, tikişçi, baytar texniki, heyvandarlıq mütəxəssisi, bitkiçilik mütəxəssisi, baramaçı, elektrik qaz qaynaqçısı, arıçı, baramaçı, üzümçülük və şərab ustası, kran maşinisti (krançı) və s. ixtisasları üzrə müraciət edib. Müraciət edən 65 namizəddən 25 nəfəri ilkin müsahibə mərhələsindən uğurla keçib və qeyri-formal və informal təhsilin tanınması üzrə təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, təlimin sonunda qiymətləndirmədən məqbul nəticə əldə edən 15 nəfər ekspert sertifikatı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.