ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşlara müraciət edib

Bakı, 12 oktyabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici diplomların Azərbaycanda tanınması barədə rəsmi məlumat yayıb.

Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının (xarici diplomların) tanınması prosesini agentlik həyata keçirir. Diplomların tanınması prosesi təmas olmadan elektron qaydada icra edilir.

Lakin bəzi hallarda xarici diplomların tanınması prosesində vətəndaşlar vasitəçi şirkətlərin xidmətlərindən istifadə edərək mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara diqqətli olmaq və elektron qaydada yalnız TKTA-ya müraciət etmək tövsiyə olunur.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

Daha ətraflı məlumat üçün vətəndaşlara www.tkta.edu.az rəsmi internet səhifəsinə və ya taninma.az keçidinə müraciət edilməsi tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.