ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyinin kadr bankı istifadəyə verilib

Bakı, 14 avqust, AZƏRTAC

Sahibkarların əmək fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşların məlumatlarına əlçatanlığını təmin etmək məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) kadr bankı istifadəyə verilib.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, kadr bankı işəgötürənlərin bilik, bacarıq və səriştələri yüksək olan şəxsləri müəyyən etmələrinə dəstək olacaq, xaricdə ali təhsil almış tələbələrə ölkəmizin əmək bazarına giriş imkanı yaradacaq.

Bunun üçün, xarici diplomları tanınan ərizəçilər şəxsi kabinetlərində “Kadr bankına qoşul” düyməsinə sıxmaqla kadr bankına qoşula və tərcümeyi-hallarını həmin portala əlavə edə bilərlər. İndiyədək xarici diplomları ölkə ərazisində tanınan bütün müraciətçilərə SMS bildiriş göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.