ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tanınma üzrə ekspert qrupu beynəlxalq vebinarda iştirak edib

Bakı, 23 may, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tanınma üzrə ekspert qrupu “QUATREC” layihəsinin tətbiq edilməsi çərçivəsində “Kvalifikasiyaların qiymətləndirilməsində təlim nəticələrinin istifadəsi” mövzusunda vebinarda iştirak edib.

Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, Latviya Respublikasının Milli Məlumat Mərkəzinin (ENIC/NARIC) təşkilatçılığı ilə baş tutan tədbirdə Litva Respublikasının Vytautas Magnus Universitetinin, habelə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Milli Məlumat Mərkəzinin nümayəndələri mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.

Vebinar çərçivəsində əldə olunan ali təhsil və öncəki təhsil kvalifikasiyalarının əmək bazarına daha uğurlu inteqrasiyası məqsədilə ali təhsil proqramları üçün təlim nəticələrinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub. Həmçinin sözügedən layihənin tətbiqi çərçivəsində ali təhsilə aid kvalifikasiyalar üzrə təlim nəticələrinin qiymətləndirilməsində informasiya texnologiyalarından, xüsusi alqoritmlərdən istifadə mövzusunda, o cümlədən ali təhsil müəssisələrinin təqdim etdiyi diplom əlavələrinin (akademik transkript) bu xüsusda daha səmərəli istifadəsinə dair təkliflər səsləndirilib.

Vebinarın yekununda əlaqəli mövzuya dair iştirakçıların sualları cavablandırılıb, müxtəlif dövlətlərin bu sahədə təcrübələri paylaşılıb və tövsiyələr səsləndirilib.

Qeyd edək ki, “QUATREC” kvalifikasiyaların tanınması prosesində təlim nəticələrinin müqayisəli qiymətləndirilməsini və Milli Kvalifikasiyalar Çərçivəsinə uyğun olaraq işlənilib təkmilləşdirilməsini hədəfləyən layihədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.