ELM VƏ TƏHSİL


Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda Andreas Şleyxer əsas məruzə ilə çıxış edəcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Noyabrın 5-də Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçiriləcək.

Təhsilin İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, forumda Andreas Şleyxer əsas məruzə ilə çıxış edəcək.

Dünyaşöhrətli Andreas Şleyxer İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, PISA-nın (Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı) yaradıcısı, Heydelberq Universitetinin fəxri professorudur.

Andreas Şleyxerin "Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı" kitabı Elm və Təhsil Nazirliyinin dəstəyi ilə T-Network platforması tərəfindən Azərbaycan dilində çap edilib.

Xatırladaq ki, beynəlxalq forumda iştirak ödənişsizdir. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Beynəlxalq sertifikat qeydiyyatı üzrə yerlər məhduddur. Çıxışlar Azərbaycan dilinə tərcümə olunacaq.

Forumda onlayn iştirak üçün qeydiyyatdan keçmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.