ELM VƏ TƏHSİL


Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Foruma qeydiyyat aparılır

Bakı, 8 sentyabr, AZƏRTAC

Oktyabrın 1-də Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiləcək.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, dünya səviyyəli spikerlərin qatılacağı forumda iştirak ödənişsizdir. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyatdan keçmək istəyənlər müvafiq linkə daxil ola bilər: https://payment.tnetwork.az/

Qeyd edək ki, beynəlxalq forum Təhsil İnstitutu və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyilə onlayn təşkil edilir.

“Təşəbbüsdən tətbiqə” başlığı altında reallaşacaq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.

Forumda iştirak üçün qeydiyyat sentyabrın 20-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.