ELM VƏ TƏHSİL


Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumuna qeydiyyat bu gün yekunlaşır

Bakı, 28 sentyabr, AZƏRTAC

Oktyabrın 1-də keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumuna qeydiyyat bu gün saat 23:00-da başa çatır.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, forumda təhsil naziri Emin Əmrullayev açılış nitqi ilə çıxış edəcək.

Forumda iştirak ödənişsizdir. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://payment.tnetwork.az/

Qeyd edək ki, beynəlxalq forum Təhsil İnstitutu və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə onlayn təşkil edilir.

“Təşəbbüsdən tətbiqə” başlığı altında keçiriləcək forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.