ELM VƏ TƏHSİL


“Təhsildə davamlı keyfiyyət təminatı” mövzusunda beynəlxalq konfrans başa çatıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (təşkilatçılığı ilə “Təhsildə davamlı keyfiyyət təminatı” mövzusunda beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən konfransın əsas məqsədi təhsildə keyfiyyət təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ümumi və ali təhsil pillələrində daxili və xarici keyfiyyət təminatı siyasəti, eləcə də mexanizmlərinin təkmilləşdirilməsi, bu iki təhsil pillələri arasında keyfiyyət təminatı sahəsində əlaqələrin qurulmasından ibarət olub.

Konfransın ikinci günü iştirakçılar ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkili, ümumi və ali təhsil pillələri arasında keyfiyyət təminatının davamlılığının təmini barədə müzakirələr aparıblar. Eləcə də beynəlxalq ekspertlər tərəfindən praktik təlimlər keçirilib.

Bununla yanaşı, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və təcrübə mübadiləsində əməkdaşlıq məsələlərinə də toxunulub və tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.