ELM VƏ TƏHSİL
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində qalib gəlməyən layihələrin müəllifləri apellyasiya müraciəti edə bilərlər
Bakı, 19 iyun, AZƏRTAC
Müsabiqədə layihəsi qalib olmayan şəxslər iyunun 29-u saat 18:00-dək [email protected] elektron poçt ünvanına layihənin kateqoriyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri barədə canlı yayımda Təhsil Nazirliyinin layihələr üzrə iş sektorunun müdiri Xamis Seyranov deyib.
O bildirib ki, apellyasiyada layihəyə ekspertlər tərəfindən yenidən baxılacaq və müəyyən ediləcək ki, hansı meyarlar əsasında layihə qalib gəlməyib.