ELM VƏ TƏHSİL


Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi 5 mövzunu əhatə edir

Bakı, 18 fevral, AZƏRTAC

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 1-dən aprelin 1-dək www.grants.edu.az saytı üzərindən aparılacaq.

AZƏRTAC xəbər verir ki, bunu təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi barədə ictimaiyyət arasında ümumi məlumatlılığın artırılması məqsədilə keçirilən vebinarda Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov deyib.

O bildirib ki, müsabiqə “İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması”, “Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması”, “Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması”, “Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği” və “Məktəb idarəetməsinin təkmilləşdirilməsi” mövzularını əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.