ELM VƏ TƏHSİL


Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

Bakı, 28 noyabr, AZƏRTAC

Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub. İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.