ELM VƏ TƏHSİL


“Təhsilim gələcəyimdir” layihəsi Yevlax rayonunun kənd məktəblərini əhatə edəcək

Bakı, 5 oktyabr, AZƏRTAC

“Təhsilim gələcəyimdir” adlı layihə həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyinin inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi elan edilən “Təhsilim gələcəyimdir” layihəsi Yevlax rayonunun kənd məktəblərini əhatə edəcək. Layihənin məqsədi Yevlax rayonunda yerləşən məktəblərdən 15 şagird və 15 valideynin iştirakı ilə təhsilin əhəmiyyəti, uşaq hüquqları, erkən nikahın fəsadları, uşaqların təhsilində valideynin rolu, uğur hekayəsi mövzularında 35 saatlıq təlim, storitelinq və forum teatrın keçirilməsini təmin etməkdir.

Təlimlər nəticəsində valideynlər övladlarının hansı hüquqlara sahib olduğu, bu hüquqları pozduğu halda məsuliyyətə cəlb olunacağı, erkən nikaha cəlb olunmuş, məktəbi bitirə bilməyən övladlarının yaşayacağı çətinliklər barədə maarifləndiriləcək. Həmçinin təlimlərə cəlb olunmuş müəllimlər qeyd olunan mövzularda məlumatlandırılacaq.

Eyni zamanda, layihə boyunca şagirdlərin təhsilinə dəstək məqsədilə məktəb ləvazimatları və kitabların toplanması üçün sosial kampaniyanın başladılmasıdır. Kampaniya yaxın zamanda ictimaiyyətə açıq olacaq.

Layihə 4 ay davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.