Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Təhsilimiz: dünəndən sabaha” elmi-praktik konfransı keçiriləcək

“Təhsilimiz: dünəndən sabaha” elmi-praktik konfransı keçiriləcək

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Əməkdar müəllim Asif Cahangirovun 75 illiyinə həsr edilən “Təhsilimiz: dünəndən sabaha” elmi-praktik konfransı keçiriləcək.

Təhsilin İnkişafı Fondundan AZƏRTAC-a verilən məlumata görə, Qazaxıstan, Yeni Zelandiya, Rusiya, Gürcüstan və Azərbaycandan elm və təhsil xadimlərinin təmsil olunacağı konfrans Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə reallaşacaq.

Konfransın məqsədi dünəndən sabaha yönələn təhsili müzakirə etmək, təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün perspektivləri nəzərdən keçirmək, qabaqcıl beynəlxalq təcrübələr və yeni yanaşmalarla tanış olmaqdır.

Konfransda “Sabahın məktəbi: yeni yanaşmalar”, “Humanist pedaqogikanın yaşıl rəngli qələmi”, “Akkreditasiyaya müasir yanaşma yolu ilə məktəb mədəniyyətinin inkişafı”, “Ali məktəbdə tədris prosesi: onu necə maraqlı etmək olar?”, “KZ nəslinin mədəni sosiallaşması kontekstində gənclərlə işin qurulması”, “Məktəb transformasiyası”, “Basti Bubu və Mzianeti: humanist pedaqogikanın əyani təcrübəsi”, “Müasir müəllimi necə müasirləşdirməli: innovativ yanaşmalar” mövzularında çıxışlar nəzərdə tutulub.

“Optimist baxışlarla” devizi altında keçiriləcək konfransda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov, elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Mehriban Vəliyeva, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin nəzdində Humanist Pedaqogika üzrə Beynəlxalq Təhsil Təşkilatları Assosiasiyasının prezidenti Əməkdar müəllim Asif Cahangirov, Bakı Slavyan Universitetinin prorektoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili, Belçikadakı IBF Beynəlxalq Konsultasiya şirkətinin təmsilçisi, təhsil üzrə məsləhətçi Qreem Pollok, Qazaxıstan Təhsil Akademiyasının həqiqi üzvü, psixologiya elmləri doktoru, sosiologiya elmləri doktoru, professor Aleksandr Teslenko, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin prezidenti psixologiya elmləri doktoru, professor Paata Amonaşvili, Avropa Azərbaycan Məktəbinin direktoru, Qafqaz və Mərkəzi Asiya üzrə Beynəlxalq Məktəblər Assosiasiyasının sədri, Beynəlxalq Məktəblər Şurası İdarə Heyətinin üzvü Françesko Bankini çıxış edəcəklər.

Konfransa Elm və Təhsil Nazirliyinin rəhbərliyi, tabeliyindəki qurumların rəhbər şəxsləri, deputatlar, elm və təhsil xadimləri, məktəb direktorları, müəllimlər, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri dəvət olunublar.

Qeyd edək ki, pedaqoji fəaliyyətə kənd məktəbində müəllim vəzifəsindən başlayan Asif Cahangirov 30 il ümumi təhsil sistemində rəhbər vəzifələrdə çalışıb. Keçmiş Maarif Nazirliyində Baş Məktəblər İdarəsinin rəisi, Sumqayıt Maarif Şöbəsinin müdiri, Bakı Baş Təhsil İdarəsinin rəisi olub. Azərbaycan təhsilinin inkişafı ilə bağlı çoxsaylı təşəbbüslərin müəllifi olub. Onun təşkilatçılığı ilə SSRİ-də ilk dəfə olaraq Bakıda ümumtəhsil məktəbi müəllimlərinin müsabiqə yolu ilə işə qəbulu, ilk məktəb psixoloqlarının hazırlanması və s. həyata keçirilib. Asif Cahangirov “Təhsil haqqında” Azərbaycan Respublikasının ilk Qanununun (1992), Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının (2013), təhsil sahəsində bir çox normativ-hüquqi sənədlərin hazırlanmasında fəal iştirak edib. O, Sinqapur, Finlandiya, ABŞ, Polşa, Türkiyə, Rusiya, Fransa, İtaliya, İsveç, İsveçrə, Almaniya və digər ölkələrdə beynəlxalq seminar və konfransların iştirakçısı olub, müxtəlif təqdimatlarla çıxış edib. 2020-ci ildə çap edilən “Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları” kitabının müəllifidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək

Türkiyədə bələdiyyə seçkiləri gələn il martında keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq

Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evinin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir

Oktyabrın 1-dən taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində liberal Proqressiv Slovakiya partiyası liderdir

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Dağıstanın Xutrax kəndində güclü yanğın nəticəsində səkkiz ev yararsız hala düşüb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Zaqatala partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Ağsuda 3 otaqlı ev yanıb

"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Əsl hünər qurmaq, tikmək, yaratmaqdır – Deputat

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb

Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib

İsmayıllıda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub

Azərbaycanın hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı cinayət işi başlanılıb

Kuklaçılar Gəncədə

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib

Müraciətlərin bir portal vasitəsilə qəbulu erməniəsilli sakinlərimizin qeydiyyatına kömək edəcək - ŞƏRH

Ürək-damar cərrahı: Kəskin mədə ağrıları miokard infarktının da əlaməti ola bilər

Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün də faydalı olacaq ŞƏRH

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub VİDEO

XİN erməni radikal qruplaşmalarının ABŞ-da təşkil olunan konfransın iştirakçılarına qarşı hücumunu pisləyib

Premyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”a qalib gəlib

“Qarabağ” azarkeşlərinə “Hekken”lə oyun üçün 1800 bilet ayrılıb

Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq

Sumqayıt çimərliyinin 3 hektardan artıq sahil zolağı tullantılardan təmizlənib

Bu gün Bakının 547 küçəsi yuyulub

Oktyabrın birinci ongünlüyünün ilk yarısında hava qeyri-sabit olacaq

Mingəçevirdə tanışını ehtiyatsızlıqdan öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir

Zəngilan kəndinə birinci mərhələdə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək

Tezliklə süni intellekt vasitəsilə beyin əməliyyatları aparılacaq

Kolin Gibson: “Qarabağ”ın bütün oyunlarını böyük maraqla izləyirəm

Bəzi bölgələrdə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı sənəd hüquqi qüvvəyə minəcək

Bakı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində beynəlxalq seminarlar davam edir

Müqəddəs Taxt-Tacın kardinallarının sayı artırılıb

Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir

Zəngilanda yeni təməli qoyulan uşaq bağçası 160 yerlik olacaq

Transmilli cinayət hüququnun nəzəri və praktiki problemlərinə dair monoqrafiya nəşr olunub

AZƏRTAC-ın təqdimatında “Heydər Əliyev Azərbaycandır!” ikihissəli filmi İctimai TV-də nümayiş olunacaq VİDEO

Qubada idman jurnalistləri üçün təlim keçirilib

Ənənəvi musiqi bayramı – Bakı Caz Festivalı başlayır

Zəngilanda 2-ci yaşayış kompleksi “taunhaus” tipli evlərdən ibarət olacaq

“Zəngilan” SES-ləri silsiləsində il ərzində 130 milyon kilovat-saatdan artıq “yaşıl enerji” istehsal ediləcək

“Gəncə” voleybol klubunda yeni məşqçi təyinatı olub

Alman şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında maraqlıdır

Prezident İlham Əliyev: Azərbaycan-Çin tərəfdaşlığı gündən-günə yeni məzmunla zənginləşir

FIDE reytinqi: Teymur Rəcəbovun mövqeyi dəyişməyib, Şəhriyar Məmmədyarov geriləyib

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Xırdalanda təqdim olunan “1001 iş” adlı əmək yarmarkası böyük marağa səbəb olub

Azərbaycanda istehsal edilən elektrik enerjisinin 17 faizi bərpaolunan enerji mənbələrinin payına düşür

Bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

“Sevənlərindir dünya” tamaşası yenidən səhnədə

İşğaldan azad edilmiş ərazilərdə 240 MVt-lıq GES-in inşası planlaşdırılır

Zəngilan Konqres Mərkəzi Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir şərait yaradılıb

Bakı hava limanı Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin ilk reysini qarşılayıb

“Sumqayıt”ın futbolçusu: Qarşıdakı oyunda qələbə həsrətinə son qoyacağıq

Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

E-sosial.az portalına bu il 5,7 milyondan çox müraciət qeydə alınıb

Polisin keçirdiyi əməliyyat zamanı ölkəyə 60 kiloqram narkotik vasitə gətirən 3 nəfər tutulub VİDEO

Avropanın ən məşhur on turizm şəhərinin siyahısı açıqlanıb

Naxçıvanda istehsal olunan enerjinin Türkiyə vasitəsilə Avropaya çıxarılması nəzərdə tutulur

Kiçik Kennedi müstəqil namizəd kimi 2024-cü il seçkilərində iştirak etmək niyyətindədir

Baş Prokurorluq: Davit Babayan məsuliyyətə cəlb edilib

Azərbaycan xalqının mədəniyyəti, mətbəxi, məişətinə aid nümunələr “Tbilisoba” bayramında nümayiş olunur

Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydaları təsdiqlənib

“YAŞAT” Fondu Vətən müharibəsinin əlilləri üzərində əməliyyatın xərclərini ödəyib

İKTA və “Aztelekom” MMC arasında birgə işçi görüş olub

Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib VİDEO

® Manqalların əfsanəsi – “Kabablıq” gəldi!

DOST Konsepsiyası MDB ölkələrinə də tanıdılıb

Moldova KİV-ləri Prezident İlham Əliyevin Milli Şəhərsalma Forumunda çıxışına geniş yer ayırıb

Mehriban Ələkbərzadə: 65 yaşdan yuxarı işçilərlə müqavilə gündəmin ən çətin məsələsidir – MÜSAHİBƏ

Zəngilanın Alıbəyli kəndində birinci mərhələdə 772 sakin üçün 197 fərdi ev tikiləcək VİDEO

ABŞ-ın federal agentlikləri bazar günündən etibarən qismən bağlana bilər

Şəhid ailələri və digər həssas qrupların sosial müdafiəsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Çimərlik voleybolu üzrə Azərbaycan komandaları beynəlxalq turnirin 1/4 finalına yüksəliblər

Kardiologiyanın aktual elmi və praktiki aspektləri müzakirə olunub

İqlim dəyişikliyinin Afrikada iqtisadiyyata təsiri üzrə hesabatlar açıqlanıb

Abşeron yarımadasında yaşıllıq massivlərinin xəritələri hazırlanıb

Ali Attestasiya Komissiyası: 30 iddiaçıya diplom və attestatlar təqdim edilib

Dünya üçüncüsü olan ağırlıqqaldıran: Yarışdan medalsız qayıtmayacağıma əmin idim

Azərbaycanlı alimlər riyaziyyata dair yeni elmi araşdırmalar aparıblar

“Qısa ömrün xatirələri” adlı kitabın təqdimatı keçirilib

Payız semestrində 4 mindən çox tələbə təhsil krediti alıb

Nazir: Bakı bulvarının uzadılması planlaşdırılır

Şəhərsalma və Arxitektura Komitəsi Dubayda COP28 çərçivəsində Azərbaycan pavilyonunda təmsil olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Elmar Məmmədov 31 ildən sonra Şamaxıda dəfn olunub VİDEO

Almaniya telekanalında hazırda bölgədə mövcud olan vəziyyətdən danışılıb VİDEO