Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Təhsilimizin uğurları gələcəyimizin təminatıdır

Təhsilimizin uğurları gələcəyimizin təminatıdır

Bakı, 30 iyul, AZƏRTAC

Dünyada gedən sürətli elmi-texnoloji dəyişikliklər, Dördüncü Sənaye İnqilabı bilavasitə təhsilin üzərinə böyük məsuliyyət və tələblər qoyur. Yeni texnologiyalar, elmi innovasiyalar və inkişaf etmiş təhsilə söykənən rəqəmsal və biliklər iqtisadiyyatı ilə dünya özünün inkişafında yeni iqtisadi müstəviyə qədəm qoyur. Artıq qlobal müstəvidə təhsil yeni məna kəsb edir, davamlı iqtisadi inkişafı və cəmiyyətin rifahını təmin edir. Yeni universitetlər və tədqiqat mərkəzləri bilik iqtisadiyyatının lokomotivi rolunu üzərinə götürməklə prosesi idarə edirlər. İnsan intellektinin məhsulu olan elm və təhsiltutumlu aktivlər yeni iqtisadi sistemdə birbaşa diktə edən tərəf rolunda çıxış etməklə uğurlu inkişafı təmin edir. Dördüncü Sənaye İnqilabının paradiqmaları da inkişaf edən dünya ilə ayaqlaşmağımız üçün milli təhsilimizin və elmimizin doğru istiqamətdə inkişafı üzərində düşünməyi diktə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində təhsil siyasəti xüsusi yer tutur.

Bunu AZƏRTAC-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, dövlətin təhsilə baxışı ölkəmizin firavan və uğurlu gələcəyini təmin etmək, milli dəyərlərə sadiq etibarlı vətəndaş yetişdirmək, qlobal çağırışlara, əmək bazarının tələblərinə cavab verəcək bilikli kadr təminatını formalaşdırmaq üzərində qurulur. Son on ilə nəzər salsaq, dövlətin təhsil sektoruna diqqətini, ölkəmizdə təhsilin prioritet olaraq inkişafına verilən önəmini aydın şəkildə müşahidə edə bilərik. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi ölkə təhsilimizin yol xəritəsini müəyyənləşdirdi və hazırda strategiyanın icrası uğurla həyata keçirilir.

İlqar Orucov vurğulayıb ki, ölkəmizin iqtisadi inkişafı, gəlirlərimizin artması ilə mütənasib olaraq prioritet sahə hesab edilən təhsilə ayrılan xərclər ilbəil əhəmiyyətli dərəcədə artır: “Əgər 2011-ci ildə təhsil xərcləri 1.3 milyard manat təşkil edirdisə, 2021-ci ilin büdcəsində təhsil xərcləri 3,2 milyard manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin birbaşa diqqəti və qayğısı nəticəsində dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə xərclərinin hər il məqsədli artımı təhsil infrastrukturunun yenilənməsi, müasirləşdirilməsi ilə nəticələnib. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən konkret dövrləri əhatə edən məqsədli proqramlar uğurla həyata keçirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi hesabına ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işləri xüsusilə qeyd etməliyik. İndi ən ucqar yaşayış məntəqələrimizdə belə təhsilalanların təlim şəraitinin yaxşılaşdırılması məqsədilə müasir məktəblər inşa edilib və ya ən yüksək səviyyədə təmir olunub. Təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verən işlər ardıcıl olaraq həyata keçirilir”.

Təhsilin qanunvericilik bazasının yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Həm çərçivə, həm də təhsilin ayrı-ayrı pillələrini əhatə edən sahəvi qanunların qəbul edilməsi ilə təhsil qanunvericiliyi əsaslı şəkildə yenilənib, təhsil islahatlarının daha çevik aparılması, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün münbit şərait yaranıb.

Böyük maliyyə tutumlu layihələrdən biri kimi 5 yaşlı uşaqların təhsilə cəlb edilməsini nəzərdə tutan məktəbəqədər təhsildə əhatəliliyin və əlçatanlığın təmin edilməsi istiqamətində reallaşdırılan işləri xüsusilə qeyd etmək lazımdır.

İlqar Orucov qeyd edib ki, müəllimlərin işə qəbulunda şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə mərkəzləşdirilmiş işə qəbul imtahanlarının keçirilməsi, yerdəyişmə ilə bağlı müraciətlərin elektronlaşdırılması və müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesinin mərkəzləşdirilməsi son illərdə xeyli sayda istedadlı gənclərin müəllim peşəsinə axınını gücləndirib. Bütün bunlar müəllim nüfuzunun yüksəldilməsi, peşəkarlığının və səriştəliliyinin artmasına gətirib çıxaran ciddi faktor kimi xarakterizə edilməlidir. Müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə görə mövcud pedaqoji heyətin yüksək göstəriciləri ilə onların dərs yükünü artırmaq və beləliklə də, əməyin diferensiasiyasını tətbiq etmək mümkün olub. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına yönələn modul-kredit və rəqabətəsaslı təlimlər sistemindən, müəllimlərin İKT bacarıqlarının artırılmasına hədəflənən təlimlərdən minlərlə müəllimlərimiz faydalana biliblər. Sadalanan kompleks aksiyalar rəqabətlilik və motivasiya əsasında müəllimlərin stimullaşdırılması prosesini birbaşa şərtləndirib, eyni zamanda, abituriyentlər arasında müəllimlik ixtisasına marağı da artırıb.

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçirilməklə şəffaflıq əsasında yeni nəsil təhsil menecerlərinin idarəçiliyə cəlb edilməsi öz müsbət nəticələrini verməkdədir.

İstedadlı şagirdlərin aşkara çıxarılması istiqamətində görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, istər yerli, istərsə də beynəlxalq səviyyəli fənn olimpiadalarında və bilik yarışlarında məktəblilərimiz ciddi uğurlar qazanıb. Qazanılan medal sayı Azərbaycanda olimpiada hərəkatının formalaşmasının göstəricisidir. Şagirdlərin seçdikləri ixtisas istiqamətləri üzrə hazırlığın təmin edilməsi və dərs yükünün optimallaşdırılması məqsədilə təmayülləşmənin əhatə dairəsi genişləndirilib.

Ümumi təhsilin keyfiyyətini yüksəltmək tələbi və məzmun islahatlarının dərinləşdirilməsi dərsliklərin hazırlanması siyasətinə yeni baxışı ortaya qoydu. Təhsilin məzmun komponenti kimi formalaşdırılan dərsliklərin yaradılması sahəsində dünyanın təhsiltutumlu ölkələrdən biri olan Sinqapur təcrübəsinin Azərbaycanda tətbiq edilməsinə başlanılıb ki, bu təcrübənin tətbiqi xüsusilə təbiət fənləri üzrə təhsil proqramlarının yenilənməsinə, yeni nəsil dərsliklərin formalaşdırilmasına, habelə yeni çağırışlara cavab verəcək modern dərslik sistemin qurulmasına imkan verəcək.

Təhsildə İKT-nin imkanlarından istifadə etmək məqsədilə məktəblərin internet və digər elektron resurslarla təminatına yönəlmiş fəaliyyət COVID-19 pandemiyası dövründə məsafədən təhsilin əlçatanlığının təmin edilməsində, ölkəmizin təhsil sektorunun mümkün qədər az neqativ təsirə məruz qalması ilə özünü təsdiq etdi, biz dünyanın əksər dövlətlərinin əziyyət çəkdiyi, təhsil infrastrukturunun iflic vəziyyətinə səbəb olan təhsilsizlik boşluğuna düşmədik. Təhsil Nazirliyinin dövlət televiziyası ilə reallaşdırdığı “Teledərs” layihəsi və “Microsoft” korporasiyası ilə birgə istifadəyə verdiyi “Microsoft Teams” platforması məsafədən təhsil alətləri olaraq ölkəmizin təhsil ictimaiyyətinə pulsuz xidmət göstərmiş oldu. Bizim ölkənin bu təcrübəsini qabaqcıl təhsil ənənələrinə malik ölkələr xeyli sonra tətbiq etməyə başladılar.

İlqar Orucov diqqətə çatdırıb ki, peşə təhsilinin genişləndirilməsi ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının istiqamətlərinə uyğun olaraq əmək bazarının tələbləri ilə mütənasiblik təşkil edərək ixtisaslı kadr hazırlığını və gənclərin məşğulluğunu təmin edən aparıcı təhsil pilləsi kimi xüsusi qayğı ilə təmin edilib. Orta ixtisas təhsilinin inkişafı ilə bağlı da xeyli yaxşı nümunələr var. Həm yeni kolleclərin yaranması, bəzi kolleclərin profillərinə uyğun olaraq universitetlərin bazasında fəaliyyətlərini davam etdirmələri, xüsusilə regionlarda tələb olunan ixtisaslar nəzərə alınmaqla yeni kolleclərin fəaliyyətə başlaması, həmçinin bakalavrlara orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq şansının verilməsi və subbakalavrların qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təmin edilməsi orta ixtisas təhsilinə marağı xeyli artırıb.

Ali təhsil müəssisələrimiz yeni inkişaf mərhələsini yaşayır. Dövlət proqramı çərçivəsində dünyanın ən nüfuzlu universitetlərində təhsil almağa göndərilmiş xeyli sayda gənclərimiz artıq ali təhsil ocaqlarımızda işləməyə cəlb ediliblər. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin yüksəlməsinə və keyfiyyətli akademik kadr potensialının təminata imkan verəcək.

Ali təhsil müəssisələrində idarəetmə sistemi təkmilləşdirilib, tələbə köçürmələrində elektronlaşma tətbiq olunur. İstedadlı tələbələrin cəlb olunduğu “SABAH” qruplarının fəaliyyətə başlaması ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına töhfə verir. Ali təhsilə əlçatanlığın artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması, ikili diplom proqramlarının tətbiqi sahəsində də əhəmiyyətli qərarlar qəbul olunub. Əsas məqsədi təhsilə əlçatanlığı təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarət olan Təhsil Tələbə Krediti Fondunun yaradılması tələbələrimiz üçün daha əlverişli imkanlar yaratdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Təhsildə Keyfiyyət Təminatı Agentliyi keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılması, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərilməsini təmin etmək istiqamətində uğurlu fəaliyyət göstərir.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqini təmin etmək məqsədilə Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib və bununla da nazirliyin fəaliyyətinə ictimai nəzarət təmin olunub, nazirliklə ictimaiyyət arasında qarşılıqlı münasibətlər daha da yaxşılaşdırılıb. Fəaliyyəti dövründə İctimai Şura müxtəlif mövzularda ictimai müzakirələr, dinləmələr, dəyirmi masalar, məsləhətləşmələr, müşavirələr, görüşlər təşkil edib, tövsiyələr verib. Təhsillə bağlı vətəndaşlardan gələn müraciət və şikayətləri araşdırıb, onların həllini təmin edib.

“44 günlük Vətən müharibəsində silaha sarılaraq şəhid və qazi olan, əsgər, zabit kimi döyüşmüş yeddi yüzdən çox təhsil işçisi var idi. Bütövlükdə qələbəni təmin edən təhsil sistemimizin tərbiyə etdiyi Azərbaycan Ordusunun əsgərləri, zabitləri idi. Vətən müharibəsi bir daha sübut etdi ki, təhsilimizdə tərbiyə mövzusu, Vətənə, dövlətə sevgi ruhu müəllimlərimiz tərəfindən düzgün aşılanıb. Bundan sonra da bu sahədə işlərə mütləq şəkildə önəm verilməlidir. Qarşıda bizi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuzun işğaldan azad etdiyi və tarixi torpaqlarımızda təhsil infrastrukturunu yenidən qurmaq, Azərbaycanın təhsil nailiyyətlərini daha da yüksəltmək missiyası gözləyir. Əminəm ki, bu missiyanı hər bir təhsil işçisi aydın dərk edir”, - deyə İlqar Orucov qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ