ELM VƏ TƏHSİL


Təhsilin İnkişafı Fondu təhsil sisteminin inkişafına yönələn proqram və layihələri maliyyələşdirəcək

Bakı, 14 iyul, AZƏRTAC

Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönələn proqram və layihələri maliyyələşdirəcək.

AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında” Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, Fond dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına da yardım edəcək.

Xatırladaq ki, bu Fərmana əsasən, Nazirlər Kabinetinə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondunu bir ay müddətində yaratmaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.