ELM VƏ TƏHSİL


Təhsilin inkişafı üzrə ictimai təşəbbüsləri dəstəkləyən qrant müsabiqəsinə layihə qəbulu aparılır

Bakı, 8 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyinin “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinə layihə qəbulu aparılır. Müsabiqə prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin edilməsi məqsədilə keçirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihələr oktyabrın 18-i saat 21:00-dək qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini elektron formada [email protected] ünvanına göndərilməlidir.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.