ELM VƏ TƏHSİL
Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında qiymətləndirmənin rolu müzakirə edilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində “Ali təhsil sistemində təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında qiymətləndirmənin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “dəyirmi masa”da milli təhsilimizin keyfiyyətinin yüksəldilməsi üçün səmərəli idarəetmə mexanizminin yaradılması, tədris-metodik vəsaitlərin təkmilləşdirilməsi, nəticə əsaslı stimullaşdırıcı və motivasiya mühitinin yaradılması kimi məsələlər müzakirə olunub. Tədbirdə, həmçinin rəqabət qabiliyyətli kadr potensialının hazırlanması üçün beynəlxalq təcrübəyə əsaslanan şəffaf və ədalətli qiymətləndirmə metodikalarının öyrənilməsi, tətbiqi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.
“Dəyirmi masa”da təhsil üzrə ekspert Etibar Əliyevin və digər natiqlərin çıxışları dinlənilib, təkliflər irəli sürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]
Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub
- 24.04.2024 [16:38]