ELM VƏ TƏHSİL


Təhsilin rəqəmsal transformasiyası üzrə müxtəlif ölkələrdə tətbiq olunan yeniliklər təqdim edilib

Bakı, 20 may, AZƏRTAC

“Açıq Təhsil Təhlili” (“Open Education Analytics”) rəqəmsal icmaya üzv ölkələrin görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş çərçivəsində rəqəmsal təhsil ekosisteminin formalaşdırılması üzrə müxtəlif ölkələrdə tətbiq olunan yeniliklər təqdim edilib.

Görüşdə iştirak edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Azərbaycanda pandemiya zamanı tətbiq olunan “Virtual məktəb” layihəsi və postpandemiya dövründə təhsilin rəqəmsal transformasiyası təşəbbüsləri barədə çıxış edib. Vüsal Xanlarov qeyd edib ki, Azərbaycanda bütün təhsil pillələri üzrə yeni informasiya sistemləri qısa zamanda yaradılaraq istifadəyə verilib, nəticədə data və süni intellektin effektiv tətbiqi üçün geniş perspektivlər yaranıb. Azərbaycanda təhsilin rəqəmsal transformasiyası üzrə aparılan işlər iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, “Açıq Təhsil Təhlili” “Microsoft” korporasiyasının təhsil istiqaməti tərəfindən əlaqələndirilir və təhsil sahəsində müasir analitika üçün bilik mübadiləsini, əməkdaşlığı, təhsil resurslarını və ən yaxşı təcrübələri təşviq edir. Eyni zamanda, üzv ölkələrin təhsil sistemlərinin data əsaslı təhlil alətlərini təkmilləşdirmək üçün mütəmadi görüşlər keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.