ELM VƏ TƏHSİL


Təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi avqust ayında təşkil olunacaq

Bakı, 12 may, AZƏRTAC

Təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi avqust ayında təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin feysbukda təşkil etdiyi “Təhsil masası” adlı həftəlik brifinqdə İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov söyləyib. O bildirib ki, sertifikatlaşdırma test imtahanı və müsahibə mərhələsindən ibarətdir.

Qeyd edək ki, bu həftənin brifinqi təhsilverənlərin sertifikatlaşdırılması mövzusuna həsr edilib. Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.