REGİONLAR


Təkəlduz ustası: Festivallar əl işlərimizin nümayişi üçün çox yaxşı vasitədir

Şəki, 11 mart, Mustafa Dadaşov, AZƏRTAC

Sənətkarlar diyarı qədim Şəkidə “ASAN xidmət”in tabeliyində olan “İnnovasiyalar Mərkəzi” tərəfindən Bahar festivalının keçirilməsi biz sənətkarların da ürəyincədir. Belə festivallar əl işlərimizin daha geniş şəkildə nümayiş etdirilməsi, yaradıcı insanlar arasında əlaqələrin qurulması üçün çox yaxşı vasitədir.

Bu sözləri Bahar festivalında iştirak edən tanınmış təkəlduz ustası Güləndam Alxasova Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Tədbirə dəvət aldığına görə təşkilatçılara minnətdarlığını bildirən şəkili sənətkar ilk dəfə təşkil edilən bu festivalın xalqımızın ən əziz bayramlarından olan Novruz adət-ənənələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından çox böyük əhəmiyyət daşıdığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.