DÜNYA


Təkərlər üzərində komfortlu ev

Bakı, 16 noyabr, AZƏRTAC

Təkərlər üzərində qurulan və “Optinid” adlanan evin sahəsinin 19 kvadratmetr olmasına baxmayaraq, yaşamaq üçün çox rahatdır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, uzunluğu 6,6 metr, eni isə 2,5 metr olan evin əsas üstünlüyü onun təkərlər üzərində hərəkət etməsidir. Məhz bunun hesabına ev sahibi təbiətin istənilən guşəsində yaşaya bilər. Ev kiçik görünsə belə daimi istilik, elektrik və su ilə təmin edilib. Bundan başqa, burada vanna, eləcə də divan və 2 yerlik çarpayıdan ibarət qonaq otağı var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.