ELM VƏ TƏHSİL


Təkmilləşdirilmiş dərsliklərdəki yeniliklər və dəyişikliklər təhlil edilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, fransız dili və informatika fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş və təkmilləşdirilmiş dərsliklərdəki (7 və 10-cu sinif) yeniliklər, dəyişikliklər təhlil edilib.

Qeyd olunub ki, 2023-cü ildə 9 illik (ümumi orta) və 11 illik (tam orta) təhsil bazasından buraxılış, həmçinin ixtisas qrupları üzrə qəbul imtahanlarında dərsliklərdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək şagirdlər və abituriyentlər tədris prosesində həmin dərslikləri keçməyiblər.

Növbəti iclaslarda müzakirələr davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.