İDMAN


Təl-Əviv Qran-Prisində mübarizə aparacaq cüdoçularımızın ilk rəqibləri bəlli olub

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 23-də İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək Qran-Pri turnirində cüdoçularımızın ilk rəqibləri bəlli olub.

AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən Kəramət Hüseynov Angelo Pantano (İtaliya), Yaşar Nəcəfov Artyom Lesyuk (Ukrayna) (hər ikisi 60 kq), Orxan Səfərov ispaniyalı Daniel Peres, İbrahim Əliyev (hər ikisi 66 kq) Beslan Mudranov (Rusiya)-Bentse Boroş (Macarıstan) cütünün qalibi ilə, Telman Vəliyev (73 kq) İspaniya təmsilçisi Salvador Kases, Hidayət Heydərov (81 kq) özbəkistanlı Kamoliddin Rasulov, Rüfət İsmayılov (90 kq) Serbiya cüdoçusu Boşko Borinoviç, Aslan Mirzəyev (100 kq) Mikita Svirid (Belarus), Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) almaniyalı Sven Heynle ilə qarşılaşacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı Şira Rişoni (İsrail), Leyla Əliyeva (hər ikisi 48 kq) Gülkader Şəntürk (Türkiyə), Gültac Məmmədəliyeva (52 kq) Tatyana Levitska-Şukvani (Gürcüstan), İçinkorloo Münxtsedev avstriyalı Sabrina Filsmozer, Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) Ana Roza (Dominikan Respublikası) ilə güclərini sınayacaqlar.

Yarışda 90-na yaxın ölkədən 500-dən çox cüdoçu iştirak edəcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən analoji yarışda cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) qızıl, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə komandamız ümumi hesabda 5-ci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.