İDMAN


Təl-Əviv Qran-prisinin posterində Azərbaycan cüdoçusu Rüstəm Orucov da yer alıb

Bakı, 22 yanvar, AZƏRTAC

Beynəlxalq Cüdo Federasiyasının İsraildə keçiriləcək Təl-Əviv Qran-prisi ilə bağlı hazırladığı posterdə tanınmış cüdo ustaları ilə birgə Azərbaycan idmançısı Rüstəm Orucovun (73 kq) da şəkli yer alıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 24-26-da keçiriləcək Qran-Pri yarışlarında komandamızın heyətində 18 idmançı, o cümlədən Olimpiya Oyunlarının bürünc mükafatçısı Rüstəm Orucov da mübarizə aparacaq. Bu, cüdoçularımızın 2019-cu ildə iştirak edəcəkləri ilk beynəlxalq turnir olacaq.

Turnirdə 50 ölkədən 450-dən artıq idmançının çıxış edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.