DÜNYA


Təl-Əvivdən Batumiyə uçan təyyarə texniki nasazlıq səbəbindən məcburi eniş edib

Tbilisi, 23 may, AZƏRTAC

İsrailin Təl-Əviv şəhərindən Gürcüstanın Batumi şəhərinə uçan sərnişin təyyarəsi havaya qalxdıqdan bir müddət sonra Təl-Əvivin “Ben Qurion” hava limanına məcburi eniş edib.

AZƏRTAC Gürcüstan mətbuatına istinadla xəbər verir ki, buna səbəb təyyarənin sol mühərrikinin yanması olub.

“Eİ Aİ” aviaşirkətinə məxsus olan təyyarənin göyərtəsində 194 sərnişin olub. Sərnişin və heyət üzvlərindən heç kim xəsarət almayıb.

Aviaşirkətin Gürcüstandakı nümayəndəsi bildirib ki, təyyarə texniki nasazlıq səbəbindən məcburi eniş edib.

Sərnişinlər başqa təyyarə ilə Batumiyə uçacaqlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.