CƏMİYYƏT
Tələbə Gənclər Təşkilatları İttifaqına yeni baş katib seçilib
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) yeni baş katib seçilib.
AZƏRTAC xəbər verir ki, ATGTİ-nin İdarə Heyətinin iclasında qurumun baş katibi vəzifəsinə ADA Universitetinin 4-cü kurs tələbəsi Murad Əliyev seçilib.
İclasda, eyni zamanda, ittifaqın 2021-ci il strategiyası üzrə rəhbərliyin və idarə heyətinin qarşısında duran məsələlər müzakirə olunub. Strategiyanın əsas fəaliyyət istiqamətləri olan tələbə-gənclər təşkilatları və tələbə klublarının fəaliyyətlərinin gücləndirilməsi, tələbələrlə əlaqələrin möhkəmləndirilməsi, gənclərin potensialının artırılması, beynəlxalq əməkdaşlığın və ölkə daxilindəki digər qurumlarla əməkdaşlığın genişləndirilməsi üzrə mərhələli şəkildə atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.