ELM VƏ TƏHSİL


Tələbə-könüllülər dünya çempionatına dəstək veriblər

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 5-dən 9-dək Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatına Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 100-dən çox tələbə-könüllüsü dəstək verib.

Çempionatda 43 ölkədən 1500-dən çox velosipedçi iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tələbə-könüllülər Azərbaycana gələn müxtəlif ölkələrin nümayəndələrinin, idmançılarının qarşılanması, müşayiət olunması, çempionatın keçirildiyi ərazidə idmançıların qəbulu, mükafatlandırma mərasimləri, biletlərin yoxlanılması, qonaqlara məlumatların verilməsi və digər sahələrdə fəaliyyət göstəriblər.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılmış uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarının qazanılmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 16 mindən artıq könüllü bazasına sahibdir.

Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.