ELM VƏ TƏHSİL


Tələbə krediti almaq üçün qəbul imtahanında toplanan bal həddi müəyyənləşib

Bakı, 25 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında bakalavr 300-700, magistr 50-100, subbakalavr isə 110-300 bal aralığında nəticə göstərərsə, birinci tədris ilinin ilk semestrində tələbə krediti ala bilər.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun sədri təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, növbəti semestrdə tələbənin akademik borcu yaranarsa, o, kredit ala bilməz.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib. Fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

2021-ci il iyulun 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.