ELM VƏ TƏHSİL


Tələbə və magistrlərə könüllülük proqramı barədə məlumat verilib

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” layihəsi təqdim olunub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları Nuranə Nəzərova və Hüsaməddin Əlizadə tələbə və magistrlərə könüllülük proqramı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, könüllülük proqramı “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq reallaşır. Layihəyə qoşulan tələbə komitənin təcrübəli işçiləri ilə ünsiyyətdə olur, real iş mühitini mənimsəyir. Sonda isə könüllülərin nəzəri biliklərini tətbiq etmək bacarıqlarını qiymətləndirmək məqsədilə komitə tərəfindən test imtahanları keçirilir. Topladıqları ballara uyğun olaraq onlara sertifikatlar verilir. Həmçinin fəaliyyətləri müddətində öhdəliklərini layiqincə yerinə yetirən intizamlı könüllülərin bir qismi komitənin tabeliyinə daxil olan qurumlarda müvafiq vəzifələrə təyin edilir.

Komitə əməkdaşları könüllülük fəaliyyəti və işə qəbulla bağlı tələbə və məzunların suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.