ELM VƏ TƏHSİL


Tələbə və məktəblilər Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti haqqında məlumatlandırılıblar

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) cümhuriyyət və maarifçilik, multikulturalizm barədə tələbə və məktəblilər üçün mütəmadi tədbirlər keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə keçirilən tədbirlər Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən təşkil edilir. Fevralın 27-də muzeydə “Azərbaycanda dövlət gənclər siyasəti və Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” mövzusunda növbəti seminar keçirilib.

MATM-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında”, “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabları haqqında”, “Azərbaycanda gənclər siyasəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” mövzularında məruzələr dinlənilib.

Tədbirdə, həmçinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin elmi redaktoru və “Ön söz”ünün müəllifi olduğu “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabları haqqında geniş məlumat verilib.

Seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin tələbələri, H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin şagirdləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.