REGİONLAR


Tələbələr 20 Yanvar faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdiriblər

İsmayıllı, 17 yanvar, AZƏRTAC

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan “20 Yanvar qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollecin tələbə və müəllimlərinin iştirakı ilə təşkil olunan mərasimdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciəyə həsr olunan film göstərilib.

Dövlət qulluğu veteranı Valeh Salehov, kollecin tarix müəllimi Mövlud Ağayev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədr müavini Kamil Dadaşov faciənin başvermə səbəbləri və nəticələrindən, bu qanlı hadisəyə siyasi qiymət verən ümummilli lider Heydər Əliyevin böyük şücaətindən, şəhidlərin ailələrinə, əlillərə göstərilən dövlət qayğısından danışıblar. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əliyalın insanların təpədən dırnağadək silahlanmış imperiya ordusuna qarşı çıxması, bu zaman xeyli insanın şəhid olması Azərbaycanın müstəqillik yolunda mübarizəsinin ən şanlı səhifələrindəndir.

Tədbirdə tələbələrin ifasında 20 Yanvar faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.