REGİONLAR


Tələbələr AMEA Naxçıvan Bölməsinin fəaliyyəti ilə tanış olublar

Naxçıvan, 11 aprel, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universitetinin (NDU) Tarix ixtisasının I kurs tələbələri ilə görüş təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar keçirilib.

Görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək, NDU-nun müvafiq ixtisaslarının hamiliyə götürülməsi ilə əlaqədar ekspert qrupunun yaradıldığını diqqətə çatdırıb.

Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında elmə, təhsilə göstərilən diqqət və qayğıdan danışan İsmayıl Hacıyev tələbələrə bölmənin yaranma tarixi, strukturu, aparılan tədqiqat işləri barədə məlumat verib. O, tələbələrlə müntəzəm görüşlərin keçiriləcəyini qeyd edib, onların gələcəkdə bir mütəxəssis kimi formalaşmalarına bölmə əməkdaşlarının dəstək verəcəyini bildirib, tələbələrə elmi jurnallar hədiyyə edib.

Sonra çıxış edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli rəhbərlik etdiyi müəssisə tərəfindən Nахçıvаnın tаriхi, аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dair araşdırmaların aparıldığını deyib, görülən işlər barədə danışıb.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Görüş çərçivəsində tələbələr bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyində olub, 2006-2018-ci illərdə muxtar respublikanın müхtəlif ərazilərində аpаrılаn arxeoloji qazıntılar zamanı əldə olunan maddi mədəniyyət nümunələrinə baxıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.