ELM VƏ TƏHSİL


Tələbələr AMEA Yüksək Texnologiyalar Parkında istehsalat təcrübəsi keçəcəklər

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) müasir texnologiyalara əsaslanan ekoloji heyvandarlıq, ekoloji quşçuluq, ekoloji arıçılıq, dərman bitkilərinin tədarükü, həmçinin kənd təsərrüfatı bitkilərinin əkini, rekreasiya kompleksinin yaradılması, fərdi bağçılıq təsərrüfatı sisteminin təşkili ilə bağlı iclas keçirilib.

AMEA–dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə YT Parkın direktoru Nazim Şükürov rəhbərlik etdiyi qurumda bu istiqamətdə görülən işlərdən danışıb. O, AMEA-nın elmi müəssisələrinin təcrübə dayaq məntəqələrində yerinə yetirilmiş işlərə dair tapşırıqlarını verib.

İclasda, həmçinin tələbələrin YT Parkda istehsalat təcrübəsi keçmələri məsələsi müzakirə olunub. Bildirilib ki, tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlıq üçün ölkənin 27 ali təhsil müəssisəsinə məktublar göndərilib. Razılığa əsasən, tələbələr istehsalat təcrübəsi müddətində YT Parkın rezidentlərinin fəaliyyəti, mühasibatlıq, hüquq, patent, sertifikatlaşdırma, kargüzarlıq işlərinin aparılması qaydaları, həmçinin kadr işinin təşkili barədə təlimlər keçəcək, müvafiq elmi-tədqiqat laboratoriyalarındakı avadanlığın iş prinsiplərini öyrənəcəklər.

Sonda bir sıra cari və təşkilati işlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.