REGİONLAR


Tələbələr “Ədliyyə könüllüləri” layihəsi üzrə istehsalat təcrübəsində olublar

Naxçıvan, 15 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının II kurs tələbələri “Ədliyyə könüllüləri” layihəsi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində və Naxçıvan Şəhər İcra və Probasiya şöbəsində istehsalat təcrübəsi keçiblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yaradılmış ekspert qrupunun üzvlərinin rəhbərliyi ilə gün ərzində tələbələr bu qurumların iş fəaliyyəti ilə tanış olub, gündəlik iş prosesində iştirak edib və maraq doğuran sahələr barədə ətraflı məlumat alıblar.

Bildirilib ki, həyata keçirilən bu tədbirlərin əsas məqsədi tələbələrin nazirliyin fəaliyyət prosesinə cəlb etməklə yeni layihələr üzə çıxarmaqdır. Bütün bunlar isə tələbələrin ədliyyə sahəsi üzrə nəzəri biliklərinin praktik şəkildə mənimsəmələrinə müsbət təsirini göstərəcək.

Tələbələr Məhkəmə Ekspertizası Mərkəzində Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası laboratoriyasında da ekspertin iş təcrübəsi ilə tanış olublar. Burada onlara pul nişanlarının və sənədlərin tədqiqatını aparmaq üçün video spektral komparator avadanlığı vasitəsilə saxta pulların və saxta sənədlərin müəyyən olunma metodikası əyani şəkildə göstərilib. Tələbələr bu biliklərini möhkəmlətmək üçün gördüklərini təcrübi şəkildə tədqiqat apararaq müvafiq biliklərə yiyələniblər.

Naxçıvan Şəhər İcra və Probasiya şöbəsində, Məhkəmə-ballistik ekspertizasında tələbələr təcrübi bilik əldə ediblər.

Qeyd edək ki, təcrübə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.